Samux rayon Sarıqamış kənd tam orta məktəb

Samux rayon Sarıqamış kənd tam orta məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samux rayon Sarıqamış kənd tam orta məktəb, Government Organization, Hoboken, NJ.

Photos from Samux rayon Sarıqamış kənd tam orta məktəb's post 06/22/2026

🌿🍑 III Ərik Festivalı

Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbinin direktoru və bir qrup pedaqoji heyət Ərik Festivalında iştirak ediblər.

Festival çərçivəsində iştirakçılar milli-mənəvi dəyərlərimizi, rayonumuzun zəngin kənd təsərrüfatı ənənələrini və mədəniyyətini əks etdirən müxtəlif sərgilərlə tanış olmuş, maraqlı tədbir proqramını izləyiblər.

Photos from Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi's post 06/19/2026
Photos from Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsi's post 06/16/2026
06/15/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

Photos from Samux rayon Sarıqamış kənd tam orta məktəb's post 06/13/2026

Bu gün məktəbimizdə 2025-2026-cı tədris ilinin "Son Zəng" həyəcanı və qüruru yaşandı! 🔔

Əziz məzunlarımız! Yolunuz açıq, gələcəyiniz parlaq olsun. İnanırıq ki, qədəm qoyduğunuz bu müstəqil həyat yolunda hər zaman dövlətimizə, millətimizə xeyirli bir vətəndaş olacaq və bizləri hər zaman qürurlandıracaqsınız. Məktəb illəriniz arxada qalsa da, qazandığınız dəyərlər sizi daim zirvələrə daşısın!

Bu yolda əməyi keçən bütün müəllimlərimizə və hər zaman övladlarının yanında olan valideynlərimizə təşəkkür edirik!
Uğurlar, sevimli 7 məzunumuz! "Son Zəng"iniz mübarək!

06/13/2026
06/12/2026

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Samux rayonu Sarıqamış kənd tam orta ümumtəhsil məktəbinin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu keçirilir.

Qəbulu keçirən şəxs: Məktəbin direktoru - Elnur Qocayev

Gün: Hər həftənin Çərşənbə axşamı

Saat: 14:30 - 16:30

Ünvan: Samux rayonu Sarıqamış kənd tam orta ümumtəhsil məktəbinin inzibati binası

Qeyd: Qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz xahiş olunur. Məqsədimiz hər bir müraciəti dinləmək və təhsilimizin keyfiyyətini birlikdə daha da yüksəltməkdir!

Want your business to be the top-listed Government Service in Hoboken?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Hoboken, NJ
AZ5128